Accessibility links

Kobanidə döyüşlər səngimək bilmir


Kürd döyüşçülər və İslam Dövləti qrupunun militantları arasında Suriyanın şimalında Türkiyə sərhəd yaxınlığında yerləşən Kobanidə döyüşlər davam edir.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə qrupunun məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri kürd döyüşçülərə dəstək məqsədilə İslam Dövləti qrupuna qarşı havadan hücumlar təşkil edib.

Bazar ertəsi günü ABŞ Kobanidəki kürdlərə havadan silah və tibbi yardım göstərib.

Eyni zamanda Türkiyə İraq kürdlərinin Suriyaya keçib döyüşlərdə iştirak etməsi üçün kömək göstərdiyini bildirib.

XS
SM
MD
LG