Accessibility links

Bu gün İraqda iki avtomobildə baş verən bomba partlayışları azı 34 insanın ölümü ilə nəticələnib. Partlayışlardan biri Bağdadın mərkəzində, çox sayda mağaza və restoranların olduğu məhəllədə həyata keçirilib ki, nəticədə 10 nəfər ölüb, 18 nəfər yaralanıb. Digər partlayış isə hökumət qüvvələrinin İŞİD-dən bazar günü geri aldığı Cörf Əl-Səxar şəhəri yaxınlığında həyata keçirilib. Oradakı partlayış nəticəsində 24 şiə yaraqlısı ölüb, 25-i yaralanıb.

Bu arada Birləşmiş Ştatlar hərbi qüvvələri keçən gün Suriya və İraqda 11 hava hücumu həyata keçirib. Hava hücumlarından dördünün Türkiyə ilə sərhəddə, İŞİD-lə kürd qüvvələrinın nəzarətini ələ keçirmək uğrunda döyüşdükləri Kobani şəhəri yaxınlığında həyata keçirildiyi deyilir.

Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günü 500-ə qədər cihadçının, 300-dən çox kürd döyüşçüsünün öldüyünü bildirib.

Bu göstəriciyə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hücumu zamanı öldürülən 550-dən çox insan daxil deyil.

XS
SM
MD
LG