Accessibility links

Kobani uğrunda ikinci aydır döyüşlər gedir


Suriyanın sərhəd şəhəri Kobani uğrunda İslam Dövləti qrupunun militantları ilə ikinci aydır mübarizə aparan kürd qüvvələr ultra radikal qrupun geri çəkilməsinə nail olmaq üçün ABŞ-ın başçılığı ilə koalisiya ilə birgə səyləri güclənidirir.

Amerikanın Səsinin Türkiyənin Suriya ilə sərhəd bölgəsində olan müxbiri Skot Bobb İslam Dövləti qrupunun kürd döyüşçülərin mövqelərinə hücumları və ABŞ-ın başçılığı ilə koalisiyanın gecə keçirdiyi hava hücumlarından sonra sübh tezdən Kobanidə sakitliyin hökm sürdüyünü bildirib.

Birləşmiş Ştatların ABŞ və Türkiyənin terrorçu qrup kimi tanıdğı PKK ilə əlaqəsi olan Suriya kürdlərinin siyasi partiyası ilə danışıqlar apardığını açıqlamasından sonra ABŞ bu həftə hava hücumlarını intensivləşdirib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki ABŞ-ın yüksək səviyyəli rəsmisinin keçən həftənin şənbə günü Parisdə Kürd Demokratik Birliyinin üzvləri ilə görüşdüyünü, lakin görüşün İslam Dövləti qrupuna qarşı səylərin əlaqələndirilməsi məsələsinin müzakirə edilməsi xarakterini daşımadığını deyib.

Partiya Türkiyə, İran, İraq və Suriyada müstəqil Kürdüstan dövlətinin yaradılması uğrunda döyüşərək, Türkiyə daxilində hücumlar keçirən PKK təşkilatı ilə bağlıdır. Cen Psaki ABŞ-ın Suriya kürdlərinin Birləşmiş Ştatların terrorçu qrup kimi tanıdığı PKK ilə əlaqəsi olduğundan tam xəbərdar olduğunu bildirib.

XS
SM
MD
LG