Accessibility links

Suriya böhranına nəzarət edən qrupun verdiyi məlumata görə, kürdlərin nəzarət etdiyi Kobani şəhərinə hücum zamanı İslam Dövləti döyüşçüləri azı 146 nəfəri öldürüblər.

Döyüş cümə axşamı başlayıb. Səbəb isə İslam Dövləti döyüşçülərinin kürd əsgərlərinin şəhərin Türkiyə sərhədi yaxınlığında maşın partlayışlarına qəzəblənməlidir.

Kobani və ətrafında 146 nəfər dinc əhali öldüülüb. Şəhərdə hələ də İslam Dövləti üzvləri var

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrupunun sədri Rami Abdül Rəhman Amerikanın Səsinə döyüşlərin bu gün də davam etdiyini deyib.

“Kobani və ətrafında 146 nəfər dinc əhali öldürülüb. Şəhərdə hələ də İslam Dövləti üzvləri var,” deyə o bildirib.

Rəhman deyib ki, İslam Dövləti döyüşçüləri Kobanidə üç bölgədə gizlənirlər. Onların orada əsir tutduqları güman edilir. Onlarla İslam Dövləti döyüşçüsü isə öldürülüb.

Müşahidə Qrupuna əsasən, üç il öncə böhran başlayandan bəri bu, Suriya vətəndaşlarının ikinci ən böyük qətliamıdır. Ən böyük qətliam isə avqust ayında ekstremistlərin Suriyanın şərqində əl-Şeytat qrupunun 700 üzvünü qətlə yetirməsi ilə baş verib.

Kobani tarixi simvolik dəyər daşıyır. ABŞ-ın başçılıq etdiyi hava hücumlarının dəstəyi ilə kürd döyüşçülər aylarla İslam Dövləti qüvvələri ilə davam edən döyüşlərdən sonra şəhərin nəzarətini ələ keçirmişdi.

Suriyalı kürd siyasətçi Gelo İsa Amerikanın Səsinə bildirib ki, İslam Dövləti döyüşçüləri cümə günü Kobani və ətrafında bir sıra intihar hücumu həyata keçiriblər. Bu hücumların birində 23 nəfər həlak olub.

İsa həmçinin bildirib ki, bir qrup İslam Dövləti döyüşçüsü Kobaniyə Türkiyədən daxil olub və “baş verənləri izləməyə gələn dinc vətəndaşları” öldürüblər. O deyib ki, yaraqlılar mühafizəçiləri aldatmaq məqsədilə kürd hərbi formaları geyib və əllərində Azad Suriya Ordusu bayraqları daşıyıblar.

Kobanidə fəaliyyət göstərən Zara Musto Amerikanın Səsinə Kürd formaları geyinmiş döyüşçülərlə dolu İslam Dövləti maşınları şəhərin cənubunda yerləşən nəzarət-buraxılış məntəqəsinə gəldiyini və keşikçilərin onların daxil olmaqlarına icazə verdiklərini bildirib.

Türkiyə Kobaniyə hücum edən İD döyüşçülərinin cümə günü Türkiyə sərhəddindən keçdiklərinə dair iddiaları rədd edib.

Son həftələr İslam Dövləti yaraqlıları Suriyanın şimalında bir sıra uğursuzluğa məruz qalıb.

Suriyada 2011-ci ilin mart ayında başlayan və hələ də davam edən döyüşlər nəticəsində 220 min insan həlak olub.

XS
SM
MD
LG