Accessibility links

ABŞ başçılıq etdiyi guman edilən hava hücumu Suriyanın Türkiyə sərhədi boyu uzanan Kobani qəsəbəsini vurub. Kürd yaraqlılar həftələrdir burada İslam Dövləti yaraqlılarının irəliləməsinin qarşısını almaq üçün mübarizə aparır.

Hücumlar həm də Ayn Əl-Ərəb adı ilə tanınan Kobaninin kənarlarını hədəf alıb. Burada gedən döyüşlər ərazinin on mindən çox əhalisinin təhlükəsizlik səbəbilə Türkiyəyə qaçmasına səbəb olub.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, bu gecə də döyüşlər davam edib və İslam Dövləti yaraqlıları qəsəbənin cənub-qərb hissəsində bir neçə binanı ələ keçirib.

Kobaniyə nəzarətin ələ keçirilməsi İslam Dövləti döyüşçülərinə Suriyanın Türkiyə ilə sərhədlərinə nəzarət etmək imkanı verəcək.

ABŞ qüvvələri bir neçə həftədir İslam Dövləti qrupuna qarşı Suriya ilə İraq üzərində hava hücumları həyata keçirir.

Hərbçilər deyir ki, dünən sonuncu hava hücumlarının Suriyada Raqqa və Əl-Mayadin şəhərlərində tanklar və digər mövqeləri hədəf alıb. O cümlədən İslam Dövləti döyüşçülərinin İraqın Fəlluca, Hit və Sincardakı mövqeləri də vurulub.

XS
SM
MD
LG