Accessibility links

Çərşənbə axşamı Kobi Brayan Milli Basketbol Assosiasiyasının (NBA) Los Anceles Lakers komandasındakı 20 illik əfsanəvi karyerasının son oyununu oynayıb.

Sezon boyu əldə ətdiyi ən yüksək 60 xal ilə komandasının Staples Mərkəzində Utah Jazz komandasına qalib gəlməsindən sonra Brayan ona göstərilən dəstəyin hədsiz olduğunu deyib.

Qətiyyətli iş əxlaqına görə tanınan Brayan artıq NBA vida edəndən sonra sevdiyi işlə məşğul olmağı planlaşdırır.

“Black Mamba” kimi tanınan Brayanın parlaq karyerasına beş NBA çempionluğu, liqanın ən dəyərli oyunçu mükafatı və 2 olimpiya qızıl medalı daxildir.

XS
SM
MD
LG