Accessibility links

Kofein beynə necə təsir edir? [Video]


Yeni araşdırma kofeinin beynə təsirlərini tədqiq edir

O, qəhvə, çay, soda və enerji içkilərinin tərkibində var. O hətta şokoladın tərkibində də mövcüddur. Əslində kofein bütün dünyada ən çox istifadə olunan maddələrdəndir və bir çox insan günə kofeinsiz başlaya bilmədiklərini deyir. Yeni araşdırma kofeinin beynə təsirlərini tədqiq edir.

Hələ səhərin erkən saatlarıdır, amma insanlar Aroma Espresso Bar-a gündəlik qəhvələrini almağa toplaşırlar.

Reallıq budur ki, kofein digər narkotik maddələrin yaratdığı faciəvi nəticələri olan asılığa gətirib çıxarmır. Yəni bu baxımdan kofein asılılıq yaratmır.

Bir çoxumuz artıq bir fincan qəhvə, kola, və ya enerji içkisi olsun kofeindən asılı olmuşuq.

“Mən daha çox enerji ala bilmək üçün gündə bir dəfə səhər qəhvə içməyə başlamışam.”

Gündəlik doza bu enerjini necə təmin edir?

Nara Volkov hər şeyin insanın beynində baş verdiyini deyir. Nevroloq bütün karyerasını narkotik maddələr və ən son olaraq kofeinin beynə təsirlərini araşdırmaq üzərində qurub.

“O bizə özümüzü daha yaxşı hiss etməyə kömək edir, əsasən də yaxşı yata bilmədiyimiz, ya da gec saatlaradək işlədiyimiz vaxtlarda. Biz heç özümüz bunun səbəbini başa düşmürük.”

Kofeindən asılılığı araşdırmaq məqsədilə Volkov bir neçə könüllüyə kofein tabletləri verib ki, bu, 2-3 fincan qəhvəyə bərabərdir. Daha sonra onlar könüllüləri PET skanerinin içinə sallb və beyinlərinin fəaliyyətlərini müşahidə edib.

Qəhvə

Qəhvə

Kokain və amfetamin kimi narkotiklar beynə böyük dozada dopamin buraxır ki, bu, asılığa yol aça bilər. Kofeinin təsiri isə bundan bir az fərqlidir. Kofein beyində dopamin molekullarının üzərinə qonan reseptorların sayını artırır və bu bizə özümüzü daha gümrah və ayıq hiss etməyə kömək edir.

“Reallıq budur ki, kofein digər narkotik maddələrin yaratdığı faciəvi nəticələri olan asılığa gətirib çıxarmır. Yəni bu baxımdan kofein asılılıq yaratmır.”

Bu isə o deməkdir ki, sən istədiyin vaxt qəhvə içməyi dayandıra bilərsiz və bunun çox cüzi yan təsirləri olacaq.

Amma günə başlamaq üçün tələb olunan enerjiyə ehtiyac varsa, qəhvə içməyə davam etmək də olar.

XS
SM
MD
LG