Accessibility links

Normal dozada kofein qəbulunun insan səhhətinə qısa və uzunmüddətli müsbət təsirləri olur

O, qəhvə, çay, soda və enerji içkilərinin tərkibində var. O hətta şokoladın tərkibində də mövcüddur. Əslində kofein bütün dünyada ən çox isitfadə olunan maddələrdəndir və bir çox insan günə kofeinsiz başlaya bilmədiklərini deyir.

“O bizə özümüzü daha yaxşı hiss etməyə kömək edir, əsasən də əgər yaxşı yata bilmədiyimiz, ya da gec saatlaradək işlədiyimiz vaxtlarda,” -deyə Narkomaniyaya qarşı Milli İnstitutun direktoru nevroloq Nora Volkov deyir. “Biz heç özümüz bunun səbəbini başa düşmürük.”

Qəhvə

Qəhvə

Buna görə də Volkov və onun Apton, Nyu-Yorkda yerləşən Brookhaven Milli Laboratoriyasındakı həmkarları bu halı araşdırmaq qərarına gəliblər və onların araşdırmaları kofeinin bizim beynimizə göstərdiyi təsiri açıqlayır.

Kofeinli beynin içinə nəzər

Araşdırmaçılar laboratoriyaya könüllülər dəvət ediblər və onlara kofein tabletləri veriblər ki, bu, 2-3 fincan qəhvə içməyə bərabərdir. Daha sonra onlar könüllüləri PET skanerinin içinə salaraq beyinlərinin fəaliyyətlərini müşahidə ediblər.

Digər narkotik maddələr kimi kofein beynin dopamin adlanan təbii kimyəvi maddəsinin fəaliyyətinə təsir göstərir.

Dopamin bizə həzz alcağımız və bizi xoşbəxt edəcək şeyləri axtarmaq üçün motivasiya edir.

Əslində kofein beyində digər narkotik maddələrin yaratdığı və faciəvi nəticələri ola biləcək icbari fəaliyyətlər yaratmır, ona görə də bu baxımdan kofein asılılıq yaratmır

Kokain və amfetamin kimi narkotiklar beynə böyük dozada dopamin buraxır ki, bu, asılığa yol aça bilər. Lakin Volkov kofeinin təsirinin bundan bir az fərqli olduğunu aşkar edib. Kofein beyində dopamin molekullarının üzərinə qonduğu reseptorların sayını artırır və bu bizə özümüzü daha gümrah və ayıq hiss etməyə kömək edir.

“Maraqlsısı odur ki, bu bizim yuxusuzluqda müşahidə etdiyimizin tam əksi oldu,”- deyə Volkov izah edib. O, bir gecə yuxusuz qalmaqla dopamin reseptorlarının sayının azaldığını müşahidə edib. Günün sonunda yorğun olanda da eyni şey baş verir. Kofein isə bu təbii prosessin qarşısını alır və insanları ayıq saxlayır.

Kofein asılılıq yaradırmı?

Bəs əgər kofein bizim beynimizdə dəyişikliklər edib, kokainlə eyni molekullara təsir göstərirsə, o da asılılıq yaradır mı?

Volkov bunun belə olmadığını deyir. “Əslində kofein beyində digər narkotik maddələrin yaratdığı və faciəvi nəticələri ola biləcək icbari fəaliyyətlər yaratmır, ona görə də bu baxımdan kofein asılılıq yaratmır.”

Beyin

Beyin

Lakin həddindən artıq kofein qəbul etmək mümkündür. Amerika Universitetinin kliniki psixoloqu Laura Culiano Volkovla razılaşır ki, kofein asılılıq yaratmır, lakin eyni zamanda normadan artıq kofein qəbul etməyin insanın səhhətinə və gündəlik fəliyyətlərinə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edir. Bu cür insanlarda kofein içməmək bir sıra mənfi simptomlar yara bilər – baş ağrıları, ürək bulanması, qrip simptomları və artıq dərəcədə halsızlıq.

Kofein qəbul etməyi dayandırmağın simptomları çox vaxt digər xəstəliklərlə səhv salınır. Culiano deyir ki, həkimlərin normadan artıq kofein qəbulunun və ya kofein qəbulunun dayandırlımasını nasazlıq kimi qəbul etmələri üçün daha çox araşdırmalara ehtiyac var.

Normal dozada kofein qəbulunun insan səhhətinə qısa və uzunmüddətli müsbət təsirləri olur. Bu yaxınlarda aparılan tədqiqat normal dozada qəbul olunan kofeinin idrak azalması və Alzaymer xəstəliyinə qarşı qoruyucu vasitə kiimi fəaliyyət göstəridiyini bildirir.

Ona görə gedin bir fincan çay için!

XS
SM
MD
LG