Accessibility links

Kofi Annan BMT üçün video brifinq keçirdi


BMT və Ərəb Liqasınn Suriya üzrə elçisi Kofi Annan BMT Təhlükəsizlik Şurasının üzvlərini Bəşər əl-Əsəd hökumətinə təziq göstərmək istiqamətində vahid mövqe sərgiləməyə çağırıb.

Cenevrədən video bağlantı vasitəsilə brifinq keçirən Annan bildirib ki, o, beynəlxalq monitorların yerləşdirilməsi üçün gələn həftə Dəməşqə nümayəndə heyəti göndərməyi planlaşdırır. Diplomatlar video brifinqin Annanın Əsədlə görüşdən bir həftə sonra keçirildiyini xəbər verirlər.

Qərb diplomatları ümid etdiklərini bildirirlər ki, cənab Annanın vasitəçilik səyləri Suriya hökumətini pisləyən qətnamənin qəbulunu sürətləndirəcək. Rusiya və Çin iki dəfə bu növ qətnamələrə veto qoyublar.

Brifinqin ardınca müxbirlərlə danışan Annan Suriyadakı siyasi situasiya ilə ehtiyatla davranmağın vacibliyini vurğulayıb. O, səhv hesablamaların bütün region boyu zorakılıqların eskalasiyasına gətirib çıxara biləcəyini deyib.

XS
SM
MD
LG