Accessibility links

Beynəlxalq elçi Kofi Annan Dəməşqdə sülh planını xilas etmək üçün danışıqlar aparır. Bu arada hüquq müdafiəçiləri hökumət qüvvələrinin Həma şəhərinə hücumu nəticəsində 34 adamın öldüyünü xəbər verirlər.

Suriya paytaxtına gələn Kofi Annan bütün tərəfləri zorakılıqlardan çəkinməyə çağırıb. O, həmçinin Hula kəndində 108 adamın faciəvi şəkildə öldürülməsindən şoka düşdüyün bildirib.

Suriya rəsmiləri bildiriblər ki, sabiq BMT baş katibi xarici işlər naziri Valid Moallem və prezident Bəşar əl-Əsədlə görüşəcək.

XS
SM
MD
LG