Accessibility links

Kofi Annan: Bəşər Əsəd sülh planına dərhal riayət etməlidir


BMT və Ərəb Liqasının elçisi Kofi Annan deyir ki, Sriya hökuməti dərhal atəşkəsə başlamalı və irəli sürülən sülh planını qəbul etməlidir. Bu arada ölkə boyu zorakılıqlar dalğası davam edib.

Annanın sözçüsü Əhməd Favzi Cenevrədə müxbirlərə deyib ki, prezident Bəşər Əsədin altı müddəalı planı qəbul etməsi üçün “vaxt indidir”. Favzi Suriya hökuməti planı qəbul etmədiyi təqdirdə hansı ölçünün götürüləcəyini aydınlaşdırmayıb.

Hərçənd ki, Əsəd hökuməti plana çərşənbə axşamı razılıq verib, zorakılıqlar gündəlik qaydada davam edir. Suriya İnsan Haqları Müşahidəçiləri qrupu Amerikanın Səsinə bildirib ki, Homs şəhərinə hökumət qüvvələrinin hücumları davam edib. Minamyot hücumları nəticəsində şəhərdə azı iki adam həlak olub.

Toqquşmalar habelə şimali İdlib vilayətində və Dəməşq civarında qeydə alınıb.

XS
SM
MD
LG