Accessibility links

Kofi Annan Suriya prezidenti ilə danışıqlara başlayıb

  • Amerikanın səsi

Beynəlxalq sülh elçisi Kofi Annan Dəməşqdə Suriya prezidenti Bəşər əl-Əsədlə üsyançı və hökumət qüvvələri arasında atəşkəsə əməl edilməsinə dair danışıqlara başlayıb.

BMT-nin sözcüsü Suriya paytaxtında bildirib ki, cənab Annan Suriyaya dair altı-mərhələli sülh planını və üsyançıların yerləşdikləri Hula şəhərində 108 mülkü vətəndaşın öldürülməsini məsələsini müzakirə etməyi nəzərdə tutub.

Dünən Dəməşqə gəldikdən sonra BMT-nin baş katibi Hulada törədilmiş qətliamdan şok keçirdiyini və baş verənlərin dəhşətli cinayət olduğunu bildirib.

Bir gün əvvəl BMT Təhlükəsizlik Şurasının çıxardığı bəyanatda onlarla ölüm halının bilavasitə hökumət artileriya və tank hücumları nəticəsində olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası bir gün əvvəl onlarla insanın ölümünə görə hökumət qüvvələrinin məsuliyyət daşıdığı bildirən bəyanat açıqlayıb.

Suriya hökuməti Hula şəhərində baş verən qətliamda hər hansı rolunun olmasını təkzib edir.

XS
SM
MD
LG