Accessibility links

Hillari Klinton və Kofi Annan Suriyaya qarşı diplomatik təzyiqlərin artırılmasına çağırır

  • Amerikanın səsi

Birləşmiş Ştatların Dövlət katibi Hillari Klintonla BMT və Ərəb Liqasının vasitəçisi Kofi Annanın başçılığı ilə Suriyaya qarşı diplomatik təzyiqlərin artırılmasının ardınca Suriyada onlarla insanın ölümülə nəticələnmiş daha bir qırğın törədilib.

BMT-nin Baş Assambleyasında çıxışı zamanı cənab Annan beynəlxalq ictimaiyyətin Suriyaya daha güclü təzliqlər göstərməli olduğunu deyib. Cənab Annan deyib ki, hökumət və müxalifıət qüvvələrinin atəşkəsə razı olmasından keçən bir aydan çox müddət ərzində plana əməl olunmayıb. O, zorakılıqlara son qoyulması üçün başqa vasitələrin nəzərdən keçirilməsi üçün avxtən gəlib çatdığını bildirib.

Bu arada Suriyadakı fəallar hökumət qüvvələrini Həma vilayətində yeni qətliam törətməkdə ittiham edib. Fəalların sözlərinə görə dünən qadın və uşaqlar da daxil olmaqla təxminən 78 nəfər öldürülüb. Onların bəzilərinin əl-Kübir və Məzarif kəndlərində bıçaqlandığı,12 nəfərin isə yandırılaraq öldürüldüyü deyilir.

Böyük Britaniyada qərargahlanan Suriyada İnsan Haqları Müşahidə qrupu bildirib ki, hərbi qüvvələr əraziyə girdikdən sonra odlu silah və bıçaqlarla silahlanmış Şabiha adlı bir qruplaşma əraziyə hücum edib.

Fəallar dərhal araşdırmaların aparılmasına çağırıb. Suriya hökuməti zorakılığa görə terrorçu adlandırdığı qrupu ittiham edir.

XS
SM
MD
LG