Accessibility links

Müğənni və bəstəkar Leonard Kohen 82 yaşında vəfat edib


Müğənni və bəstəkar Leonard Kohen 82 yaşında vəfat edib. Mərhumun ölümünə nəyin səbəb olduğu aydın deyil.

Kohen “Halleluya” mahnısı ilə şöhrət qazanıb. Bu mahnının sonralar reality şoular, filmlər, toylar, televiziya şouları, YouTube videoları, dəfn mərasimləri və orta məktəb konsertlərində ifa edilməsi bir norma kimi qəbul edilməyə başlayıb.

Onun bəstələdiyi digər mahnılara - “Suzanne”, “Bird on a Wire”, “Hey, That's No Way to Say Good-bye” və “So Long Marianne” daxildir.

Onun ən sonuncu bəstələdiyi “You Want It Darker” adlı albomu ötən ay işıq üzü görüb.

O, bəstələdiyi mahnılarını 1960-cı ildən ifa etməyə başlayır. Kohenin yaşlaşdıqca dərinləşən özünəməxsus bariton səsi o dövrdə onun mahnılarını ifa edən digər müğənnilərdən fərqləndirirdi.

Kohen 2008-ci ildə Rock and Roll Şərəf Alleyası mükafatı ilə təltif edilmiş və 2010-cu ildə həyatı boyu əldə etdiyi müvəffəqiyyətlərinə görə Qremmi mükafatına layiq görülmüşdü.

Kohen müsahibə zamanı poem yazmaqla çox az pul qazandığı üçün musiqi sənətinə gəldiyini deyib. Onun “Let Us Compare Mythologies”adlı ilk poetik kitabı dərc ediləndə o, McGill universitetində tələbə idi. O, çox sayda poeziya və romanların müəllifidir.

Cudi Kollins, Roberta Flak, U2, Trişa Yearvud və Elton Con da daxil olmaqla, bir çox müğənni illər uzunu onun mahnılarını ifa edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG