Accessibility links

Bakıda çoxsaylı köhnə binalar söküləcək


Böyük Bakının planı
Böyük Bakının planı

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı çoxsaylı köhnə binalar söküləcək.

Nazirlər Kabinetinini "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarında deyilir ki, 5 il müddətinə Suraxanı rayonu üzrə 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş 226 yaşayış binasının, Xətai rayonu üzrə 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 219 yaşayış binasının. Nizami rayonu üzrə 131 yaşayış binasının, Yasamal rayonu üzrə 18 yaşayış binasının, Səbail rayonu üzrə 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədləri hazırlansın.

Nazirlər Kabineti həmçinin dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinə, mənzil fondunun yenilənməsi, tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan sahələrin onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə icazə verib.

Qərada eyni zamanda yerli icra hakimiyyətlərinə qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını həyata keçirmək tapşırılıb.

Xəzər rayonu ərazisində qəsəbələrin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən, əsasən magistral yolların və küçələrin kənarında yerləşən, yaşayış üçün yararsız olan mənzil fondunun, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin əmlak mülkiyyətçilərinin razılığı ilə yenidən qurulması, yeni binaların inşa edilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər proqramının layihəsini 2 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək Xəzər Rayon İcra Hakimiyyətinə tapşırılıb.

Qərar fevralın 25-dən qüvvəyə minib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG