Accessibility links

Köklük ölüm riskini artırır


“Köklük paradoksu” onlarla araşdırmanın mövzusu olub. Həmin tapıntılara əsasən bəzi hallarda köklük həyatı qısaltmaqdansa, ömürü uzada bilir.

Corciya ştatının Atlanta Xəstəliklərə Nəzarət Mərkəzinin 2013-cü ildə açıqladığı hesabatında çox az artıq çəkinin belə ömürləri uzatdığı bildirilirdi. Mərkəz 2.9 milyon insan üzərində 97 araşdırma aparıb.

Bəzən ölümə yaxın insanlar çəki azaldan azarlara düçar olur. Bu, o demək deyil ki, onların səhhəti yaxşılaşır. Yəqin ki, belələrində ürək-damar, yaxud xərçəng xəstəliyi var.

Alimlər normadan bir az kök olanlarla ağır çəkili insanların ölüm riskinin artdığını müəyyən edib. Həmin tapıntılara əsasən artıq çəkili insanlarda normal çəkili insanlarla müqayisədə ölüm riski 6 faiz az olub.

Andryu Stoksla və onun həmkarlarının son araşdırmalarında isə çəki paradoksuna tam zidd faktlar aşkar edilib.

Bostonun Qlobal Səhiyyə Universitetinin alimi Stoksun dediyinə görə, araşdırmaların əksəriyyti çəki və onunla bağlı ölüm halları barədə olub. Müşahidə dövründə ağır çəkili insanlarla normal çəkili insanların ölümləri arasında müqayisə aparılıb.

Stoks kimi tənqidçilər artıq çəki padoksunun heç bir məna kəsb etmədiyini deyir. Onlar deyir ki, insanların çəki tarixi nəzərə alınmalıdır.

Stoks naratdır ki, insanlara yanlış olaraq köklüyün səhhət üçün normal olduğu mesajı aşılanır.
Stoks naratdır ki, insanlara yanlış olaraq köklüyün səhhət üçün normal olduğu mesajı aşılanır.

Alimlər 16 il müddətində 225 min insanın səhhətini 3 perspektivdən nəzarət edərək. onların ölümlərinin səbəblərini araşdırıb. Alimlər belə bir qənaətə gəlib ki, yüksək ölüm riski xəstəlik səbəbi ilə çəki itirdikdən sonra normal vəziyyətə düşən insanlarda yüksək olub.

Son araşdırmaların müəlliflərinə əsasən, sağlamlığın açarı çəki itirdikdən sonra normal çəkini uzun müddət saxlamaqdır.

Stokun dediyinə görə, dünya əhalisinin 4-də 1-nin çəkisi normadan çoxdur. O, ağaşı və orta gəlirli ölkələrdə şəkəli içkilərdən hədsiz dərəcədə istifadə edildiyini bildirir. Alim ərzağın diabet kimi xroniki problemlərə yol açdığını deyir.

Alimlər tapıblar ki, kök yaxud artıq çəkili adamlar ən ağır xəstəliklərə yoluxmağa daha çox meylli olurlar.

Stoks israr edir ki, insanlara bu növ həyat tərzini davam etdirməyə inandırmaq olmaz.

"Bu elə bir mesajdır ki, potensial olaraq çəki itkisnə, çəkiyə nəzarətə dair etinasızlıq yarada bilər," Stoks deyir. "Bu baxımdan olduqca mühümdür ki, insanlara pmür boyu sabit çəki saxlasınlar."

XS
SM
MD
LG