Accessibility links

Kollec direktorunun müavini barəsində cinayət işi başlanıb


Rüşvət

Rüşvət

O, 52 min manat rüşvətdə günahlandırılır

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Ələmdar Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi araşdırır.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Ələmdar Əliyev öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5.200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan onun barəsində cinayət işi başlanıb.
XS
SM
MD
LG