Accessibility links

Hüquq-mühafizə rəsmilərinin bildirdiyinə görə, ötən cümə günü Kolorado kino-teatrında insanları atəşə tutan Ceyms Holms universitet psixiatrına hücum planı barədə notbuk göndərib.

Denver universiteti bağlamanın onlara bazar ertəsi günü çatdırıldığını və onun bir neçə saat ərzində səlahiyyətli nümayəndələrə təhvil verildiyini bildirib. Holms həmin bu universitetin tibb fakültəsinin keçmiş tələbəsi olub.

Hücumçuya qarşı rəsmi ittihamlar iyulun 30-da irəli sürüləcək. Günahkar tanındığı tədiqdə onu ölüm cəzası gözləyir.

Ceyms Holms gözyaşardıcı qazla dolu kanistrı növbədə gözləyən insanların üzərinə atıb və bundan sonra kütləni atəşə tutub.

Hücum 12 adamın ölümü və 58-nin yaralanmasına səbəb olub.
XS
SM
MD
LG