Accessibility links

ABŞ-ın Kolorado ştatının Avrora şəhərinin kino-teatrına hücum zamanı 12 adam öldürülüb, və azı 59 nəfər yaralanıb.

Hücum "Zülmət Cəngavəri Qalxır" filminin premyerası zamanı baş verib. Maskalı şəxsin gözyaşardıcı qazla dolu kanistrı növbədə gözləyən insanların üzərinə atdığı və bundan sonra kütləni atəşə tutduğu bildirilir.

Polis 24 yaşllı Ceyms Holms adlı hücumçunu insidentdən dərhal sonra yaxalayıb. Tibb institutunu bu yaxınlarda bitirmədən tərk edən hücumçunun heç bir terror qruplaşması ilə əlaqəsi olmadığı deyilir.



Avrora şəhərinin polis rəisi hücumda yalnız bir şəxsin iştirak etdiyini deyir. Hücumdan sonra kino-teatrda partlayıcı qurğuların yerləşdirilib-yerləşdirilmədiyinin müəyyən edilməsi məqsədi ilə axtarış aparılıb.

Floridada seçkiqabağı kampaniyasını təxirə salan ABŞ prezidenti Barak Obama hücuma görə dərin təəssüf hissi keçirdiyini deyib. Dövlət başçısı cinayətkarın ədalət məhkəməsi qarşısına çıxarılacağı və yaralılara yardım göstəriləcəyinə vəd verib.

Cənab Obamanın Respublikaçı rəqibi Mitt Romni deyib ki, o xanımı Annla birlikdə hücumdan dərin kədərlənib. O, bu, hücumu "mənasız zorakılıq" adlandırıb.
XS
SM
MD
LG