Accessibility links

ABŞ-ın mərkəzi Kolorado ştatında bomba üzrə ekspertlər cümə günü terror törətmiş şəxsin mənzilinə daxil olaraq partlayıcı qurğunun detonatorunu zərərsizləşdiriblər. Polis müəyyən edib ki, Ceyms Holms öz evində içəri daxil olacaq adamlar üçün partlayiş mexanizmi quraşdırıb.

Polis sözçüsü bildirib ki, hüquq-mühafizə orqanları evi əlavə mümkün partlayıcılardan tezliklə təmizləyəcəklərinə ümid edirlər.

Avrora şəhərinin kino-teatrına hücum zamanı 12 adam öldürülüb, və azı 59 nəfər yaralanıb.

Hücum "Zülmət Cəngavəri Qalxır" filminin premyerası zamanı baş verib. Maskalı şəxsin gözyaşardıcı qazla dolu kanistrı növbədə gözləyən insanların üzərinə atdığı və bundan sonra kütləni atəşə tutduğu bildirilir.

Polis 24 yaşllı Ceyms Holmsu insidentdən dərhal sonra yaxalayıb. Tibb institutunu bu yaxınlarda bitirmədən tərk edən hücumçunun heç bir terror qruplaşması ilə əlaqəsi olmadığı deyilir.
XS
SM
MD
LG