Accessibility links

ABŞ prezidenti Barak Obama təbii yanğınlara məruz qalan Kolorado ştatına səfər etməlidir


ABŞ prezidenti Barak Obama təbii yanğınlara məruz qalan Kolorado ştatına səfər etməlidir. Bu statin ikinci böyük şəhəri Kolorado Sprinqdən 35 min sakin evini tərk etməli olub.

Ulado Kanyon yanğını artıq nəzarətdən çıxıb. Ştatın iki yaşayış məntəqəsi və Amerikanın Hərbi Akademiyasının bazası evakuasiya edilib. Yanğın 7400 hektarlıq sahəni bürüyüb. Bir çox ev sıradan çıxıb.

Sıx tüstü yanğının vurduğu ziyanın müəyyən edilməsinə maneə törədir.

Denver Post qəzetinin yazdığına görə 300 ev tamamilə dağılıb.

Yanğına isti hava şəraitinin səbəb olduğu bildirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG