Accessibility links

Kolorado fəlakət zonası elan edilib


ABŞ-ın daşqınlara məruz qalan Kolorado ştatında xilas əməliyyatları çətinliklə aparılır. Belə ki, bəzi sakinlər evlərini tərk etməkdən imtina edir. Ceymstaun şəhərinin küçələri su altındadır. Bu şəhərə bir neçə gün ərzində bir neçə aylıq yağış yağıb.

Çərşənbə günündən bəri 4 adam həlak olub. 1 nəfər itkindir. Ölənlərin sayının artma təhlükəsi mövcuddur. Sinoptiklər yağışın artacağını proqnozlaşdırır.

Boulder və Larimer qraflıqlarında 500 adamın harada olduğu bəlli deyil. Onların telefona çıxışları və ailələri ilə əlaqə saxlamaq imkanı olmadığı təxmin edilir.

Vertolyotlarla su altında qalmış evlərdən insanlar xilas edilir.

ABŞ prezidenti Barak Obama Koloradonu fəlakət zonası elan edərək, bölgəyə federal yardım çatdırılmasına göstəriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG