Accessibility links

Xristofor Kolumb-Səyyah, yoxsa təcavüzkar?


크리스토퍼 콜럼버스 미주 대륙을 발견할 때 타고 있던 '산타마리아호'의 1892년 경 사진. (자료사진)

크리스토퍼 콜럼버스 미주 대륙을 발견할 때 타고 있던 '산타마리아호'의 1892년 경 사진. (자료사진)

Amerikanın hidli qəbilələri Ağ Evdə keçirilən konfransa qatılıb. Nümayəndə heyətlərinin hazırkı və gələcək durumlarına diqqət yetirməsi ilə yanaşı digər fəallar geriyə baxır. Bir çoxları Amerikada milli bayram kimi qeyd edilən Kolumb gününün Yerli Xalq bayramı ilə əvəz edilməsinə çağırır.

Amerikalıların əksəriyyəti Xristofor Kolumbun dahi bir səyyah olduğu ilə razılaşır. İspaniya kralı Ferdinand və kraliça İzabelin maliyyələşdirdiyi flotilia ilə Kolumb şərqə yol almışdı. Lakin səyahət onu Bahama adalarına gətirib çıxarmışdı.

O, təcavüzkar, qatil, insan oğrusu idi

​İtalyan amerikalıların icma lideri Jude Antoni Tiskornia deyir ki, Kolumb qəhrəman əməllərinə görə bayrama layiq bir şəxsiyyətdir.

“Fərasət və ixtiraçılıq amerikalı olmağın tərkib hissəsidir. Hansısa işi görən birinci şəxs. Əvvəlcədən düşünmək. Heç kimi görmədiyi bir işi görmək. Kimisə qorxudan bir işi görmək. Bütün bunlar Kolumbun mərifətləridir. Nəyə görə insanlar onu vəhşi hesab edir?”

Kolumbun "yeni dünyanı" kəşf etdkdən sonra gördüyü işlərə görə. Yerli amerikalıların fəalı Robert Cenninqs belə düşünür.

“O, təcavüzkar, qatil, insan oğrusu idi. O, müharibə düşkünü, həmin dövrün dünyanın onlara məxsus olduğunu deyən avropalı idi.”

Kolumbun xatirələrində onun və dənizçilərin Aravak adasında min illərlə yaşayan sakinlər tərəfindən böyük qonaqpərvərliklə qarşılandığı deyilir.

Kolumb qəhrəman əməllərinə görə bayrama layiq bir şəxsiyyətdir

Kolumba aşkar etdiyi torpaqların qubernatorluğu və əldə edilən gəlirlərin 10 faizi vəd edilmişdi. Yerli amerikalı fəal, ağdərili Con Körl tarix dərslərində Kolumbun qəhrəmanlığından danışıldığını, lakin böyüdükdən sonra oxuduğu bir məqalədə Kolumbun yerli amerikalılardan hər ay pul topladığı, əks təqdirdə onların əllərinin kəsildiyini oxuduğunu deyir.

“Beynim dağıldı. Bu haqda heç nə bilmirdim. Kolumb burada kifayət qədər qızıl olmadığını gördükdə, yerli hindliləri İspaniyaya göndərib, qul kimi satılmalarını təmin edirdi. O, trans–Atlantik quldarlıqla məşğul olan bir şəxs idi.”

Lakin Tiskorniya Kolumbun hindliləri qul kimi saxladığını düşünmədiyini deyir.

“Mən bilirəm ki, Kolumb o vaxt hər bir avropalının görəcəyi işi, insanları katolikləşdirməyə çalışırdı. Torpaqları ələ keçirib, xristianlığı yaymamaq qeyri-qanuni olardı. Əgər Kolumb bunu etməsə idi, bunu edəcək başqa avropalı tapılardı.”

Dennis Robert Cennings Kolumb gəlməsə idi nə baş verəcəyini düşünmək istəmədiyini deyir. 1992-ci ildən Yerli Xalq Gününün bayram elan edilməsinə çalışan Cennings amerikalıların əsl tarixi bilmələrini istədiyini deyir.

“Biz insanların acgözlüyün nə olduğunu bilmələrini istəyirik. Onlar bunun illər öncə baş verdiyi deyil, indi də qəbilələrin yaşadığı Meksika, Salvador və Qvatemala kimi ölkələrdə insanlar deyil, resusrslara dəyər verildiyini bilməlidir.

Xristofor Kolumb

Xristofor Kolumb

İndiyədək ABŞ-da yalnız bələdiyyələr Kolumb gününü Yerli Xalq Günü ilə əvəz edib.

Kolumb irsi ilə bağlı mübahisələr icmalar arasında və beynəlxalq müstəvidə qütbləşməyə səbəb olub.

XS
SM
MD
LG