Accessibility links

Kolumbiyada təbii fəlakət nəticəsində ölən 273 insanın dəfn mərasimləri başlayıb


Şənbə günü Kolumbiyanın cənubunda baş verən viranedici daşqınlar nəticəsində ölən 273 nəfərin dəfn mərasimləri başlayıb.

Mokoa şəhərinin səhiyyə rəsmiləri dəfn mərasimlərini tezləşdirmək və xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə cənazələri ailələrə təhvil verməyə başlayıb. Eyni zamanda, xilasetmə işçiləri və şəhər sakinləri itkin düşən 200 nəfərin axtarışlarını davam etdirir.

Fəlakət nəticəsində 40-dan çox uşaq ölüb.

Şənbə günü səhər radələrində bir neçə çayın məcrasından çıxması ilə su, palçıq və töküntülər küçələrə və evlərə axıb.

Prezident Xuan Manuel Santos Mokoada iqtisadi fövqəladə hal elan edib. O, daşqın nəticəsində zədələnən su sistemlərini bərpa edəcəyinə söz verib.

O, dünyanın bir çox ölkəsindən dəstək aldığını deyib.

Santos fəlakətə iqlim dəyişikliyinin səbəb olduğunu deyib və əlavə edib ki, bir gecədə Mokoaya adətən bir ay ərzində yağan yağışların üçdə bir hissəsi yağıb.

Bu fəlakət regionun böyük hissələrini elektrik enerjisi və susuz qoymuş leysan yağışlarından bir neçə gün sonra baş verib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG