Accessibility links

Nobel sülh mükafatının laureatı - Kolumbiya prezidenti


Kolumbiya prezidenti Huan Manuel Santos Novel sülh mükafatına layiq görülüb. Mükafat ona qərb yarımkürəsinin ən uzun davam edən – yarım əsrlik vətəndaş müharibəsinə son qoymaq üçün göstərdiyi səylərə görə verilib.

“Mən bu mükafatdan son dərəcə qürur duyuram... Bu mənim ölkəm üçün, bu müharibənin qurbanları üçün çox mühüm bir hadisədir. Bu, mənim ölkəyə sülh gətirməyə davam etməyim üçün bir öhdəlikdir,” deyə Santos Olsoda yerləşən Norveç İnstitutunun direktoruna bildirib. Direktor Santosa xoş xəbəri vermək üçün ona telefonda zəng edib.

"Bu şərəf təkcə mənə yox, bütün münaqişənin qurbanlarına məxsusdur,” daha sonra Santos tvitterdə yazıb. “Birlikdə biz ən mühüm mükafatı – SÜLHÜ qazanacağıq.”

50 il çəkən müharibə 220,000 kolumbiyalının həyatına son qoyub, 6 milyon adamı evlərindən didərgin salıb.

Santosun səyləri bu il Kolumbiya hökuməti ilə solçu üsyançı qrup olan Kolumbiya İnqilabi Silahlı Qüvvələri (FARC) arasında slüh sazişinin bağlanması ilə kulminasiya nöqtəsinə çatdı. Bununla belə Santosun nailiyyətləri müxtəlif növ məyusluqlar və geriləmələrlə müşayiət olunub.

Kolumbiya xalqı bu yaxınlarda keçirilən referendumda sazişi rədd edib. Müşahidəçilər bu nəticəni kolumbiyalıların ölkəni illər boyu terrora məruz qoyan adamlara bəraət verilməsindən doğan hiddətlə izah edirlər.

FARC qruplaşması 50 ildən artıqdır ki, Kolumbiyada kommunist rejimi qurmaq uğrunda mübarizə aparırdı.
FARC qruplaşması 50 ildən artıqdır ki, Kolumbiyada kommunist rejimi qurmaq uğrunda mübarizə aparırdı.

Narkotika qaçaqmalçılığı və adam oğurlamaqla fəaliyyətlərini maliyyələşdirən üsyançıların nəhayət silahı yerə qoyması Norveç Nobel Komitəsini bu işdə Santosun rolunu dəyərləndirməyə sövq edib.

Komitənin sədri Kaci Kullman Five Osloda veridyi bəyanatda Santosun “göstərdiyi yorulmaz səylərə” görə şərəfləndirildiyini vurğulayıb.

50 il çəkən müharibə 220,000 kolumbiyalının həyatına son qoyub, 6 milyon adamı evlərindən didərgin salıb. Münaqişə 1960-cı illərdə Kolmbiya hökumətini marksist rejimlə əvəzləmək istəyən qruplaşmanın silaha sarılmasından sonra başlanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG