Accessibility links

Kolumbiya qiyamçılarının komandanı öldürüldü


Kolumbiya prezidenti Huan Manuel Santos
Kolumbiya prezidenti Huan Manuel Santos

Kolumbiya hərbi qüvvələri ən iri solçu-qiyamçı qrupun liderini öldürüblər.

FARC kimi tanınan Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin komandanı Alfonso Kano dünən cənub-qərbi Kauka regionuna reyd zamanı məhv edilib.

Xəbərə reaksiya verən kolumbiyalılar paytaxt küçələrinə axışaraq terror şəbəkəsinin liderinin ölümünü bayram ediblər.

Kolumbiya prezidenti Huan Manuel Santos deyir ki, Kantosun ölümü FARC-a tarixdə ən böyük zərbədir. O, qiyamçıları silahı yerə qoymağa səsləyib. Prezidenti zorakılığın düzgün yol olmadığını vurğulayıb.

Kano qrupun təsisçisi Manuel Marulanda Velez öldükdən sonra 2008-ci ildə FARC-ın rəhbəri olmuşdu.

XS
SM
MD
LG