Accessibility links

Kolumbiya prezidenti deyir ki, o, az qala 50 il davam edən müharibəyə son qoymaq üçün üsyançılarla danışıqlara başlayıb.

Huan Manuel Santos Kolumbiya İnqilabi Silahlı Qüvvələri (FARK) ilə sülh danışıqları haqda millətə müraciətində açıqlama verib. Santosun nitqi yerli media orqanlarının tərəflərin oktyabr ayında Norveçin Oslo şəhərində sülh danışılqarına razı olmalarını xəbər verdikdən sonra yayımlanıb.

Prezident həmçinin qeyd edib ki, Kolumbiyanın ikinci ən iri qiyamçı qüvvəsi olan Milli Azadlıq Ordusu da danışıqlarda iştirak etmək arzusunu dilə gətirib.

1964-cü ildə fəaliyyətə başladıqdan bəri FARK təhlükəsizlik qüvvələrinə qarşı silsilə hücumlar həyata keçirib.
XS
SM
MD
LG