Accessibility links

Naxçıvanda komanda-qərargah təlimləri keçirilir


Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb
Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb

Oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidmətinin məlumatına görə, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub.

Mətbuat xidməti bildirir ki, əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə əraziyə qarşı tərəfin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirəcəklər.

Eyni zamanda bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını icra edəcəklər.

XS
SM
MD
LG