Accessibility links

Avropanın fəza gəmisi kometaya çatıb


Avropa Fəza Agentliyinin cihazı günəş sistemində uzunmüddətli uçuşdan sonra kometaya çatıb.

Avropa Fəza Agentliyinə 1.7 milyard dollara başa gələn Rozetta fəza gəmisi Yer kürəsindən 400 miliyon km-lik məsafədə yerləşən Kometa 67P/Çurimov-Gerasimenko kometasının orbitinə daxil olub.

Alimlər ümid edir ki, Rozetta gəmisi günəş sisteminin yaranmasından sonra meydana çıxan donmuş və daşdan ibarət kometa haqda geniş məlumat verəcək.

Rozetta gəmisi gələn bir il ərzində kometa ilə birlikdə günəşə doğru səyahət edəcək. Noyabr ayında Rozetta özündə daşıdığı kiçik cihazı kometaya endirdikdən sonra ilk məlumatları göndərməyə başlayacaq.

Alimlər kometaların Yer kürəsində həyatı dəstəkləyən su və digər zəruri elementləri daşıdığını ehtimal edir.

Rozetta 2004-cü ildə Yer kürəsindən göndərildikdən sonra altı miliyard kilometrlik məsafəni qət edib.

XS
SM
MD
LG