Accessibility links

Elm

Kometa üzərində araşdırma [Video]


10 il əvvəl Avropa Fəza Agentliyinin raketi Rosetta adlanan fəza gəmisi ilə kometa üzərində təfsilatlı araşdırma aparmaq üçün səmaya qalxıb.

Asteroidlər kiçik planetlərə oxşayan nəhəng daşlardır. Kometalar isə buzlardan meydana gəlir, deyə Rosetta fəza gəmisini istehsal edən Aerobus Müdafiə və Fəza şirkətinin biznes meneceri Ralf Kordey bildirir.

Ralf Kordey: Biz Yer kürəsində kifayət qədər su olduğunu bilirik. Ancaq bunun haradan gəldiyini bilmirik və belə görünür ki, həmin kometin bu proseslə bağlantısı var.

Rosetta 10 il içərisində Yer kürəsi ətrafında üç dəfə və Mars ətrafında bir dəfə dövr vuraraq Yer kürəsindən 400 000 km uzaqlıqda olan 67P/ Çurimov-Gerasimenko kometasına çatmaq üçün kifayət qədər sürət toplayıb.

Son iki il yarımda onun göyərtəsindəki bütün sistem hərəkətsiz rejimdə olaraq enerjiyə qənaət edib, Aeorobus mühəndisi Simon Barrakloq deyir.

Simon Barrakloq: Biz günəşə yaxın olduğumuz vaxt hər şey işıqlıdır. Nə vaxt ki, günəşdən uzaqlaşırıq çox şey sönülüdür.

Yanvar ayında daxil olan ani xəbər Almanyanın Darmstadr şəhərində yerləşən missiyanın baş mərkəzindəkilərin üzlərini güldürdü. Rosettadan gələn siqnal onun kompüterinin yenidən aktiv olduğunu göstərirdi.

Fəza gəmisi tezliklə 10km məsafədən kometa ətrafında dönməyə başlayacaq, ölçülər götürəcək və onun səthinin xəritəsini çəkəcək.

Noyabr ayında Fila adlanan kiçik cihazın kometaya enməsi planlaşdırılır.

Kordey deyir ki, Rosetta və Fila kometanın qaz və tozunu ölçərək səthinin şəkillərini göndərəcək.

Ralf Kordey: Həm də onun göyərtəsində mükəmməl radar sistemi var ki, ətrafında dönən əsas fəza gəmisi ilə əlaqədə olacaq və radar siqnallarında istifadə edərək kometanən özəyini incələyəcək. Beləliklə o sadəcə səthə və ətrafa baxmayacaq, səthin altında nə olduğunu tədqiq edəcək.

Cihazlar kometa ilə birlikdə bir il səyahət edəcək.

Rosetta kometin günəşə və ulduzlara yaxınlaşdığında qızdığı vaxt nə dəyişikliklər baş verdiyini ölçəcək, Fili isə yerüstü və yeraltı nümunələri araşdıracaq.

XS
SM
MD
LG