Accessibility links

ABŞ Senatı prezident Barak Obamanın Federal Təhqiqat Bürosunun rəhbəri vəzifəsinə nominasiya etdiyi Ceyms Komini təsdiq edib. 93-1 səslə təsdiq edilən Komi Robert Mulleri əvəz edəcək.

Səsvermə dünən axşan respublikaçı senator Rand Polun nominasiya əleyhinə taktikasının başa çatmasından sonra baş tutub.

Pol səsverməni pilotsuz təyyarələrdən istifadəyə dair narahatlıqlara görə yubadıb. Ceyms Kominin əleyhinə səs verən yeganə qanunverici o olub.

respublikaçı Komi prezident Corc Buşun hakimiyyəti dövründə baş prokurorun müavini vəzifəsində çalışıb.
XS
SM
MD
LG