Accessibility links

Ceyms Komi Trampın iddialarını rədd edib [Video]


Prezident Trampın sabiq prezident Barak Obamanı 2016-cı il prezident seçkilərindən öncə keçirilən kampaniyasının izlənilməsinə dair mübahisəli iddiaları Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində gündəmə gətirilib. Federal Təhqiqat Bürosunun direktoru Ceyms Komi ABŞ dövlət başçısının iddialarını rədd edərək, Rusiyanın seçkilərə müdaxiləsinə dair araşdırmalardan danışıb.

“FBI əks-kəşfiyyat missiyasının bir hissəsi kimi Rusiya hökumətinin seçkilərə müdaxiləsini araşdırır."

FBI-ın direktoru Ceyms Komi prezident Tramla Rusiya arasında mümkün əlaqələrinin araşdırıldığını qeyd edib.

“Burada cinayətə yol verildiyi də diqqət mərkəzindədir. Bu, bu istintaqın məxfi tərəfləri olduğu üçün görülən işlər bəradə məlumat verə bilmərəm.”

İstintaqın bəzi detallarına aydınlıq gətirən Komi prezidentin Tvitter hesabında yazdığı gizli izlənilmə iddialarının heç bir əsası olmadığını deyib.

“Tvitləri təsdiq edəcək heç bir məlumata malik deyiləm. Kəşfiyyat bürosunu ciddi şəkildə yoxlamışıq.”

Komitənin demokratları məhz bu faktı qeyd edirdilər.

Adam Şiff: Prezident Obama təkbaşına izləmə barədə göstəriş verə bilməzdi. Bunu heç bir prezident edə bilməz.”

Lakin kəşfiyyat məsələsindən respublikaçılar əl çəkmək istəməyib.

Devin Nunes: “Prezident Tramp və onun ətrafındakıların izlənməsi mümkün ola bilərdi.

Aylardan sonra məlumatların sızdırıldığı üzə çıxıb.

Peter Kinq: “Məlumat sızdırılması ilə hökumət üzvləri cinayətə yol verib. Məncə prezidentin izlənmə ilə bağlı iddiaları bunları ört-basdır edib.”

Prezidentin Tvitterdə yazdığına görə, sızdırılma günün aktual problemidir. Dinləmələrdə isə respublikaçılar xarici müdaxilə deyil, daha çox medianın məxfi məlumatları necə ələ keçirməsindən danışıb.

Trey Qoudi: “Mübir telefon söhbətlərinin dinlənildiyi haradan bilə bilərdi?”

Federal Kəşfiyyat Bürosunun oktyabr ayından apardığı istintaq respublikaçılarla növbəti addımın Ağ Evdən asılı olduğunu deyən demokratlar arasında dərin uçurum olduğunu üzə çıxarıb.

Adam Şiff: “Ümid edirəm ki, prezident təkcə ləkə yaxdığı Obamadan deyil, əsassız səmtə yönəltdiyi amerika xalqından üzr istəyəcək.”

Kəşfiyyat Komitəsinin ikinci dinləmələrində dəlillərin axtarışı davam etdiriləcək.

XS
SM
MD
LG