Accessibility links

Möhsüm Hacıyev: "Vahid Rusiyanın parlamentdə yer itirəcəyi gözlənilirdi"


Möhsüm Hacıyev: "Vahid Rusiyanın parlamentdə yer itirəcəyi gözlənilirdi"
Möhsüm Hacıyev: "Vahid Rusiyanın parlamentdə yer itirəcəyi gözlənilirdi"

Bazar günü Rusiyada keçirilən parlament seçkilərinin nəticələrinə görə, Vahid Rusiya partiyası yerlərin böyük hissəsini əldə etsə də, hakim partiyanın 50 faizə yaxın səs toplaması bir çox ekspert üçün gözlənilməz olub. Ötən parlament seçkilərində 64 faiz səs toplayan partiyanın bu seçkilərdə daha çox səs toplayacağı gözlənilirdi. Göstəricinin azalmasına baxmayaraq, müxalif düşərgə hətta bu rəqəmlərin də şişirdildiyini iddia edir. Kommersant qəzetinin əməkdaşı Möhsüm Hacıyev isə Amerikanın səsinə müsahibəsində nəticələrin gözlənilməz olmadığını bildirib. Onun sözlərinə görə, son iki ildə hakim partiyanın reytinqi xeyli azalmışdı və bunun nəticəsi olaraq seçkilərdə az səs topladılar. Ancaq ekspert gələn il keçiriləcək prezident seçkilərində gözlənilməz hadisənin baş verməyəcəyinə əmindir. O iddia edir ki, Vladimir Putindən başqa hansısa şəxsin prezidenti seçiləcəyini düşünmək fantaziyadır. Müsahibəni tam olaraq aşağıdan dinləyin:

XS
SM
MD
LG