Accessibility links

Kommersiya bankları adi günlərdən dörd dəfə çox dollar alıb


İyulun 12-də Azərbaycanın kommersiya bankları hərracda son həftələr adətən aldıqlarından dörd dəfə çox dollar alıb.

Belə ki, Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında 100 mln. dollar satıb. Azərbaycan Mərkəzi Bankı da kommersiya banklarına 100 mln. dollar satıb. Ümumilikdə hərracda 29 bank iştirak edib, bu barədə ARDNF və Mərkəzi Bankın məlumatında deyilir.

ARDNF ümumilikdə iyulda banklara 200 mln. dollar satıb. İndiyədək 50 mln. dollardan çox vəsait çıxarılmayıb, banklar bu məbləğin də yarısını almırdı. Amma son 10 gündə 50 mln. dollarlıq bütün məbləğ qalıqsız satılıb, bu gün isə satış həcmi dörd dəfə artıb.

Ekspertlər və rəsmi şəxslər bu faktla bağlı şərh vermirlər, amma bir çox müşahidəçilər manatın daha da ucuzlaşıb, bəlkə də növbəti devalvasiya olacağını proqnozlaşdırır. Bu fonda bankların xarici valyuta alması itkilərdən qaçmaq yollarından biridir.

XS
SM
MD
LG