Accessibility links

Elm

Kompyuter oyunları məktəblilərin dərslərinə təsir göstərir [Video]


Yeni araşdırmaya görə kompyuter oyunları uşaqların məktəbdəki fəaliyyətinə təsir göstərə bilər. Şimali İrlandiyanın Uşaqları təşkilatının yayımladığı araşdırmanın nəticələri göstərir ki, həddən artıq kompyuter istifadə etmək tələbələrin imtahanda yaxşı qiymət almasına təsir göstərir.

Kompyuter bacarığı indiki dövrdə ən təlabatda olunan qabiliyyətdir və kompyuter oyunları oynamaq bacarığı daha da gücləndirir. Britaniyada 600 şagird arasında aparılan araşdırmaya əsasən həftədə bir dəfə oyun oynayan həftədə iki və daha çox oyun oynayandan yaxşı qiymət alır. Araşdırma həmçinin göstərir ki, hər gün sosial mediadan istifadə etmək şagirdlərin qiymətlərinə təsir etmir.

Selin MakStravik: “Aydındır ki, sosial medianın heç bir təsiri yoxdur. Çünki sosial media uşaqların gündəlik həyatının bir hissəsidir. Bu, bir növ ünsiyyət vasitəsidir. Bu yolla onlar dostları ilə əlaqə saxlayır.”

Valideynlər daim uşaqlarının kompyuter oyunlarından ayrılmamasından şikayətlənir. Bəziləri hətta uşaqlarını oyun aludəçiliyindən xilas etmək üçün imdad diləyir. Araşdırma aludəçilik barədə heç nə deməsə də, kompyuter oyunlarının uşaqlarda axşamlar gec saatlara qədər oyaq qalmağa, onların yorulmasına, səhər məktəbə gedəcəklərini az düşünmələrinə səbəb olduğunu deyir.

Londonda kompyuter oyunları dükanına sahib olan Mark Starki deyir ki, köhnə oyunlarla təzə oyunlar arasında fərq var.

Mark Starkey: “Hazırkı oyunlar daha böyük, daha təfsilatlı və daha qəlizdir. Bu, uşaqların diqqətini daha uzun müddət özünə cəlb edir. Çünki onlar hər zaman proqres əldə etmək istəyirlər. Hamı intizarla böyük sonluğa can atır. Köhnə oyunlar əsasən əl və göz hərəkətlərinin koordinasiyasına əsaslanır. Köhnə oyunlar sənin fantazlyandan çox sürətə, vaxtı tənzimləməyə və reaksiyaya yönəlikdir.”

Oyun sənayesi uzun müddətdir oyunların aludəçiliklə əlaqəsi olmadığını israr edir. Lakin yeni araşdırma deyir ki, maarifləndirici kompyuter oyunlarının məktəblilərə necə təsir göstərdiyini anlamaq üçün əlavə araşdırmaya ehtiyac var.

XS
SM
MD
LG