Accessibility links

Smart phone tablet-lər o qədər məşhur olub ki, dünyada bir çox insanın gündəlik həyatının bir hissəsinə çevrilib. Bu cihazlar mobil proqram təminatının inkişafına gətirib çıxarır. Hollivud artıq böyük gəlir potensialı olan bu yeni texnologiyadan yararlanır.



Met Kozlovun böyük arzusu var.

Met Kozlov: “Mən indi uşaqlıq dövrümdə sevdiyim qəhrəmanlarla bərabər işləyirəm. Bu, çoxlarına qismət olmur.”

O, müğənni və aktrisa Cennifer Lopez, habelə kino-rejissor, Con Vu ilə işləyir. Kozlov Hollivudda ənənəvi kompyuter oyunçusu deyil. O, mobil cihazlar üçün kompyuter oyunları hazırlayan yeni Moonshark şirkətinin rəhbəridir.

Met Kozlov: “Bu, indi ən böyük bazardır. Burada yüz milyonlarla cihaz var və onların köməyilə səkkiz yaşlı uşaqlar 40 yaşlı anaları ilə bərabər kompyuter oyunları oynayır. Bu, görünməmiş haldır.”

Kozlov deyir ki, alıcılar yüz minlərlə oyun seçə bilər. Amma Moonshark şirkəti bu oyunları hazırlayan başqa şirkətlərdən unikallığı ilə seçilir.

Met Kozlov: “ Biz yeganə şirkətik ki, agentlik tərəfindən dəstəklənirik. ”

Ən böyük istedad agentliklərindən biri CAA adı ilə tanınan Yaradıcı Aktyorlar agentliyidir. Agentlik Hollivudun ən tanınmış aktyorlarını təmsil edir və Moonshark-ı gerçəkləşdirmək üçün simsiz texnologiyalar sahəsində ixtisaslaşan Qualcomm şirkətilə ortaqdır.

Met Kozlov: “Mobil oyun şirkətləri üçün ən böyük maneə, aşkar edilə bilmədir. İnsanlar proqram təminatını necə tapır? Belə bir rəqabət olan yerdə necə seçilmək olar? Biz zəng edib bir həftə ərzində hollivud ulduzuna öz ideyalarımızı çatdıra bilirik. Bunu heç kim edə bilmir.”

Cenefer Lopez Moonshark –ın ilk oyununda prodüser işləyib. Dance Pad adlı oyun barmaqlar üzərində breyk -dans rəqsdir. Lopez rəqsə dair məsləhətlər verir və oyunun reklamına kömək edir. Yaradıcı Aktyorlar agentliyinin təmsilçisi Met Mazzeo deyir ki, İstedad agentliyi təkcə aktyorlara və idmançılara iş tapmaq və ya kontraktları nəzərdən keçirmək deyil, həm də məşhurlarla internetə qoşulmağa kömək edir.

Met Mazeo: “Bizim müştərilərimiz tamamilə yeni hekayə forması və paylaşma üsullarına keçir.”

Dünya miqyasında tanınmış kino-rejissoru Con Vu Moonshark şirkətilə bu ilin sonu istifadəyə veriləcək döyüş kompyuter oyunları üzərində işləyir.
XS
SM
MD
LG