Accessibility links

Kompyuterdən uzun müddət istifadə etmək uşaqların uzağı görmə qabiliyyətinə təsir edir (audio)

  • Amerikanın səsi

Kompyuterdən uzun müddət istifadə etmək uşaqların uzağı görmə qabiliyyətinə təsir edir (audio)

Kompyuterdən uzun müddət istifadə etmək uşaqların uzağı görmə qabiliyyətinə təsir edir (audio)

Bəzən uşaqlar gün ərzində saatlarla vaxtlarını kompyuter ekranlarına və başqa rəqəmsal cihazlara baxmaqla keçirir. Bəzi göz mütəxəssisləri deyir ki, ekrana baxmaqla keçirilən vaxt kompyuter görüntü sindromunun artmasına gətirib çıxarır. Natan Bonila Varford Floridanın Tampa şəhərində Vision Service Plan sığorta şirkətində göz xəstəlikləri üzrə mütəxəssisdir. O, uşaqların gözləri ilə bağlı problemlərin artığının müşahidə edildiyini deyir.

Natan Bonila Varfaord: `Ofisə müraciət edən uşaqlar sayı artır. Valideyinlər uşaqlarının başağrısı, gözlərinin qızarması və sulanması, gözlərində narahatlıq, ya da yaxını pis gördükləri üçün resept almaq üçün mənə müraciət edirlər.`

Həkim Bonila Varford deyir ki, problemin bir hissəsi uşaqların erkən əlamətlərə məhəl qoymamasındadır.

Natan Bonila Varfaord: `Uşaqların gözlərində narahatlıq hiss etdikləri və ya başlarının ağrıdığı barədə valideyinlərinə demələri ehtimalı azdır. Ona görə ki, uşaqlar valideyinlərinin onları kompyuterdən və ya kompyuter oyunlarından məhrum etməsini istəmirlər.`

Kompyuterdən uzun müddət istifadə etmək uşaqların uzağı görmə qabiliyyətinə təsir edir (audio)

Kompyuterdən uzun müddət istifadə etmək uşaqların uzağı görmə qabiliyyətinə təsir edir (audio)

Natan, deyir ki, problemin başqa tərəfi rəqəmsal cihazlardan istifadə edənlərin gözlərini gec-gec qırpmalarıdır.

Natan Bonila Varfaord: `Kompyuter və ya başqa elektron cihazlardan istifadə edən insanlar, bu cihazlardan istifadə etməyən insanlardan üç dəfə az gözlərini qırpır. Bu halda gözün ön hissəsi quruyur, və normal insanlarda olduğundan daha az nəmli olur.`

Göz həkimləri 20.20.20 qanunu kimi tanınan təkliflər edir.

Natan Bonila Varfaord: `Hansi elektron cihazdan istifadə edilməsindən asılı olmayaraq, hər iyirmi dəqiqədən bir iyirmi fit (6.1 metr) və ya ondan da uzaq məsafəyə azı iyirmi saniyəlik baxmaq lazımdır.`

Bundan başqa çalışın özünüzlə kompyuter arasında mümkün qədər çox məsafə saxlayasınız və kompyuteri işıqlı otaqda işlədəsiniz. Əlbəttə, başqa məsləhət kompyuterin ekranına mümkün qədər az baxmaqdır. Bir çox mütəxəssis deyir ki, uşaqlar rəqəmsal cihazlardan gün ərzində iki saatdan çox istifadə etməməlidir və iki yaşından aşağı uşaqlar ümumiyyətlə ekrana yaxın buraxılmamalıdır.

Kompyuterdən uzun müddət istifadə etmək uşaqların uzağı görmə qabiliyyətinə təsir edir (audio)

Kompyuterdən uzun müddət istifadə etmək uşaqların uzağı görmə qabiliyyətinə təsir edir (audio)

Uşaqların gözləri ilə bağlı problemin artması halları hər bir həkim tərəfindən müşahidə edilməyib. Booston Xəstəxanasında pediatriya oftalmoloqu doktor Deyvid Hanter öz təcrübəsində bu problemin genişlənməsini müşahidə etmədiyini deyir. Həkim Hanter problemi kompyuter görüntü sindromu adlandırmağın o qədər də doğru olmadığını hesab edir. O deyir ki, gerçək problem olduqca sadədir.

Deyvid Hanter:`Bir yerdə çox vaxt sərf etmək, bir əşya üzərində fikrini çox cəmləmək və gördükləri işdən nəzərlərini yayındırmamaq və s.`

Göz üçün yorucu olmasına baxmayaraq, doktor bunun gözə uzunmüddətli zərər vuracağını düşünmədyini deyir.

O əlavə edir ki, uzun müddət ekrana baxmağın göz yorğunluğuna səbəb olması ehtimalına baxmayaraq, gözə zərər vurması barədə dəqiq sübut yoxdur.

XS
SM
MD
LG