Accessibility links

Gömrük Komitəsi 69 kiloqram 610 qram heroin götürüb


Narkotik
Narkotik

Heroin İrandan Azərbaycan ərazisi vasitəsi ilə Gürcüstana aparılırmış

Azərbaycan Dövlət Gömrük Komitəsi 70 kiloqrama yaxın heroin tutub.

Gömrük Komitəsinin rəsmi saytının məlumatına görə, avqustun 8-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana gedən Türkiyə vətəndaşı Ateş Rifat Ahmed oğlunun idarə etdiyi, Gürcüstana məxsus yük avtomobilinin qoşqusunun döşəməsinin altından 116 ədəd polietilen bükümə qablaşdırılmış heroin götürülüb. Heroinin xalis çəkisi 69 kq 610,4 qram olub.

Fakt üzrə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, bir neçə həftə əvvəl bu marşrutla gətirilən 3 tona yaxın heroin Gürcüstan polisi tərəfindən tutulub.

XS
SM
MD
LG