Accessibility links

Cənubi Karolina senatı Konfederasiya bayrağının götürülməsini qəbul etdi


Charleston Shooting Confederate Flag

Charleston Shooting Confederate Flag

Cənubi Karolina senatı Vətəndaş Müharibəsi dövrünün Konfederasiya bayrağının götürülməsinə səs verib. Bayraq 50 ildən artıqdır ştat paytaxtında dalğalanır.

Keçən ay qara dərililərin tarixi Çarlston kilsəsində qətliamdan sonra anidən diqqətə gələn bu təklif Respublikaçıların nəzarətində olan Senatda 37-3 nisbətində qəbul olunub.

Bayrağın götürülməsinin tərəfdarları deyir ki, bu bayraq bir zamanlar quldarlığın qanuniləşdirilməsi və ağların hökmranlığı konseptini üçün dalğalanıb.

Konfederasiya bayrağının götürülməsinə dair təzyiqlər kilsədə günahsız insanları güllələyən silahlının özü ilə Konfederasiya bayrağının kiçik versiyasını əlində tutması olub.

Ölçünün əleyhdarları isə bildirir ki, bu, quldarlıq və ya rasizm simvolu deyil, bu, Cənubun tarixi, fəxri və ailə irsidir.

2000-ci ildə bu bayraq Vətəndaş Memorialına köçürülənədək 1962-dən Cənubi Karolinanın Parlament binası qarşısında dalğalanıb.

XS
SM
MD
LG