Accessibility links

İrqi qətllərdən sonra Konfederasiya bayrağı hücum altında [Video]


Bir sıra pərakəndə satış şirkətləri Konfederasiya bayraqlarının və üzərində bayrağın emblemi olan məhsulların satışını dayandıracaqlarını elan edib.

Afro-Amerikalıların kilsəsində nifrət zəmində 9 nəfərin öldürülməsindən sonra Konfederasiya bayraqlarının ictimai yerlərdən qaldırılması ilə bağlı çağırışlar Cənubi Karolinadan sonra ABŞ-ın digər cənub ştatlarında da səsəndirilməyə başlayıb. Bir sıra pərakəndə satış şirkətləri Konfederasiya bayraqlarının və üzərində bayrağın emblemi olan məhsulların satışını dayandıracaqlarını elan edib. Cənubi Karolina qanunvericiləri isə artıq bu mübahisəli bayrağı ştatın Kolumbiya şəhərində yerləşən Kapitoli binasının həyətindən qaldırılması üçün ilk addımı atıblar.

Elə insanlar və nifrət qrupları da var ki, onlar bu döyüş bayrağını nifrətlərinin simvoluna çeviriblər

Yüzlərlə etirazçı çərşənbə axşamı Cənubi Karolinanın paytaxtı Kolumbiyada toplaşaraq Konfederasiya bayrağının qaldırılmasını tələb edib. Ştatın qanunvericiləri isə məsələni müzakirə etməyə qərar verib. Bəziləri bayrağın Cənubi Karolinanın tarixi və irsindən daha çox irqi ayrı-seçkiliyinin rəmzi olduğunu qəbul ediblər.

“Elə insanlar və nifrət qrupları da var ki, onlar bu döyüş bayrağını nifrətlərinin simvoluna çeviriblər,” deyə Cənubi Karolina ştatının senatoru Tom Deyvis bildirib.

Ötən həftə Çarlstonda 9 afro-amerikalınının qətlində şübhəli bilinən şəxsin sosial şəbəkələrdəki şəkillərində əlində Konfederasiya bayrağı tutduğu göstərilir. Mississippi ştatının qanunvericilər üzərində Konfederasiya gerbi təsvir olunan ştat bayraqları ilə bağlı müzakirələrə başlayıb.

“İnsanlar bu bayraqdan nifrət simvolu kimi istifadə edirlər. Bu isə Mississippinin bayrağının bir hissəsi ola bilməz,”-deyə Mississippi ştatının nümayəndəsi Erl Banks bildirib.

ABŞ-ın bir sıra böyük pərakəndə satış şirkətləri çərşənbə günü Konfederasiya bayrağının və üzərində bayrağın təsvir olunduğu digər əşyaların satışını dayandıracaqlarını açıqlayıb. ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton isə bu addımı alqışlayıb.

“Mən də Wal-Mart-ın bayraqdan istifadə edən məhsulları satışdan qaldırmasını alqışlayıram. Bu gün Amazon, eBay və Sears-də buna qoşulub və mən bütün satıcıları eyni işi görməyə çağırıram.”

Seçki kampaniyasının bir hissəsi olaraq Missuri ştatında olan Klinton qaradərililərin çoxluq təşkil etdiyi kilsədə çıxış edərək, ABŞ-da irqi ayrı-seçkiliyin hələ də mövcud olduğunu və təkcə qanunların bunu aradan qaldırmayacağını bildirib. Xanım Kilton məsələnin açıq müzakirəsinə çağırıb.

Biz bir çoxumuzda mövcud olan qərəz və xurafatla üzləşməliyik

“Biz bir çoxumuzda mövcud olan qərəz və xurafatla üzləşməliyik. Mən bilirəm ki, bununla bağlı danışmaq çətindir. Bizdən soruşanda əksəriyyətimiz ‘xeyr, məndə qərəz və ya ayrı-seçkilik yoxdur deyirik’, amma əslində bu, hamımızda mövcuddur,”-deyə Klinton bildirib.

Prezident Barak Obama cümə günü kilsə qətliamınının qurbanlarından biri olan rahibə Klementa Pinkninin dəfn mərazimində çıxış edəcək.

XS
SM
MD
LG