Accessibility links

İlham Əliyev: Bizə qarşı çirkin kampaniyaları təşkil edənlərin özləri siyasi səhnədən kənarlaşdırılıb


İlham Əliyev

İlham Əliyev

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezident İlham Əliyev bildirib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub.

“İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artmışdır”.

O eyni zamanda xatırladıb ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı Azərbaycana da mənfi təsirini göstərib.

“Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır”.

Əliyev deyib ki, Azərbaycan xarici kreditlərə o qədər də böyük meyil göstərmir.

“Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir”.

Prezidentin sözlərinə görə, 2004-cü ildən bu günə qədər ölkədə 26 elektrik stansiyası tikilib.

İlham Əliyev

İlham Əliyev

“Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. Onu da deməliyəm ki, son 13-14 il ərzində yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir. Bu gün bizim 35 elektrik stansiyamız varsa, onların 26-sı proqram icra edilərkən tikilmişdir. O vaxt Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə, demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıbdır”.

2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir.

Dövlət başçısı kənd təsərrüfatındsan danışarkən deyib ki, yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılıbş və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb.

“Dörd su anbarı tikilmişdir. Xüsusilə, onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm. Tovuzçay, Göytəpə su anbarları tikilmişdir. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır”. O deyib ki, Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşıb.

“Mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb”.

Dövlət bşçısının dediyinə gpörə, 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib.

“Hər il biz böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik”.

Sosial infrastruktura gəldikdə, president deyib ki, 2004-cü ildən başlayaraq üç mindən çox məktəb tikilib və ya təmir edilib.

“Altı yüzdən çox tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Ancaq bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilmişdir”.

Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci illərdə istifadəyə verilib.

“Bu gün isə bu təbii dəhliz əsasında yeni bir qlobal layihəni – Cənub Qaz Dəhlizini icra edirik. Bu layihə də uğurla icra edilir. Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan yenə də bax bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra

Prezident ölkənin bütün uğurlarının mərkəzində Azərbaycan vətəndaşı dayandığını bildirib.

“Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır. Onu da deməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq”, Əliyev qeyd edib.

XS
SM
MD
LG