Accessibility links

Senator Mitç Makkonnel Respublikaçılar Partiyasının Senatdakı nümayəndə heyətinə yenidən rəhbər təyin edilib.

Senator Harri Rid Senatda bird aha demokratların lideri seçilib.

Respublikaçıların seçkilər zamanı Konqresin hər iki palatasının nəzarətini ələ keçirməsi ilə Rid azlıqların rəhbərliyini qazanıb.

Mitç Makkonnel 30 il Kentuki ştatını təmsil edib. Əksəriyyət lideri kimi o, prezident Barak Obamanının hakimiyyətinin son iki ili ərzində Senatın gündəliyini müəyyən edəcək.

1987-cl ildən Nevada ştatını təmsil edən senator Rid 2004-cü ildə demokratların lideri təyin edilmişdi.

Nümayəndələr Palatasının spikeri Con Beyner vəzifəsini davam etdirəcək. Kaliforniya ştatını təmsil edən Nensi Pelosi Nümayəndələr Palatasında yeni lider təyin edilməlidir.

XS
SM
MD
LG