Accessibility links

Konnektikut ştatında ölüm cəzası ləğv olundu


Konnektikut qubernatoru Dannel Malloy şimal-şərqi ABŞ ştatında edam cəzasının ləğvi barədə qanun imzalayıb. Cənab Malloy bu qanunu ştat paytaxtı Hartfordda özəl mərasimdə imzalayıb.

“Mən Nyu York şəhərində gənc ittihamçı kimi əmək fəaliyyətinə başladığım gündən bu məsələ ilə çarpışmışam. Anlayıram ki, hüquq sistemi qüsurludur və dövlətin həyat almaq işinə qarışması düzgün deyil,” deyə qubernator bildirib.

Cənab Malloy bildirib ki, ölüm cəzasınn ləğvi o deməkdir ki, günahsız adam nə vaxtsa nahaq yerə həyatını itirməyəcək.

Bu ayın əvvəlində Konnektikut qanunverici orqanında qəbul edilən qanun edam cəzasını ömürlük cəza ilə əvəzləyir.

Həmin qanun hazırda edam cəzası gözləyən adamlara şamil olunmur, amma cənab Malloy güman edir ki, onlar yəqin ki, qocalıqdan öləcəklər.

XS
SM
MD
LG