Accessibility links

Konqoda Nguesso üçüncü dəfə prezident seçilə bilər


Rəsmi rəqəmlərə əsasən seçicilərin 92 faizi referendumu dəstəkləyib

Konqo Respublikasında seçicilər prezident Denis Sassu Nguessonun üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsinə icazə verən referenduma dəstək bildiriblər.

Çərşənbə axşamı açıqlanan rəsmi rəqəmlər seçicilərin 92 faizinin referendumu dəstəklədiyini və seçkilərdə seçicilərin 72 faizinin iştirak etdiyini göstərir.

Müxalifət seçkini boykot edib və seçkidə səs verənlərinin sayının əslində daha az olduğunu bildirib. Müxalifət lideri Paskal Tsati Mabiala referendumun ləğv olunmasına çağırıb.

Referendum prezidentlərin hakimiyyətdə iki dönəm qalması və 70 yaş limitini ləğv edir.

71 yaşlı Nguesso 2002 və 2009-cu illərdə keçirilən mübahisəli seçkilərdə qalib gəlib və son 36 ildə fərqli vəzifələrdə Konqonu idarə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG