Accessibility links

Konqoda sarı qızdırmaya qarşı peyvənd kampaniyası başlayıb


Konqo Demokratik Respublikasında sarı qızdırma epidemiyası elan ediləndən sonra gələn ay 11,5 milyon insana peyvənd vurmaq üçün kampaniya başlayacaq.

Ötən həftə Konqo höküməti sarı qızdırmaya 67 yoluxma halını təsdiqləyib və minə yaxın insanın xəstəliyə yoluxmasından şübhələnildiyini bildirib. Qonşu Anqolada epidemiya 345 nəfərin ölümünə səbəb olub.

Səhiyyə naziri Feliks Kabanc səhiyyə rəsmilərinin lazım olan vaksinləri necə əldə edəcəyini bildirib. Bütün dünyada vaksin çatışmazlığı problemi mövcuddur, onların hazırlanmasına isə bir il vaxt tələb olunur.

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı Anqola və Konqo Demokratik Respublikası arasında sərhəddə yaşayan insanlara peyvənd vurmağı planlaşdırdığını elan edib və vaksin istehsalının artırılması üzərində iş apardılığını bildirib.

Sarı qızdırma virusa yoluxmuş ağcaqanadlar vasitəsilə ötürülən xəstəliyidir. Zika, denq qızdırması və çikunqunya virusları da ağcaqanadlar vasitəsilə ötürülür.

Sarı qızdırma virusu adətən yüngül keçir və virusa yoluxan insanlarda ya heç bir əlamət, ya da az simptomlarla müşayiət olur. Lakin pasientlərin 15 faizində xəstəlik ağır keçir və müalicə olunmadığı halda onların təxminən 50 faizi həyatını itirə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG