Accessibility links

Çərşənbə günü Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri Konqonun keçmiş vtse-prezidenti Jan-Pyer Bembanı daha öncə müharibə cinayətləri ilə bağlı məhkəmə işində şahid qismində çıxış edən insanlara rüşvət verməsi səbəbilə əlavə bir il həbs cəzasına məhkum edib və ona 324 min dollarlıq cərimə tətbiq edib.

Bembanın hüquqi komandasının dörd üzvü də Haaqada yerləşən məhkəmə tərəfindən azadlıqdan məHrum edilib. Onlar oktyabr ayında ilk məhkəmənin qərarına təsir göstərmək məqsədilə 14 şahədə rüşvət verməkdə təqsirləndiriblər.

Bu, Beynəlxalq Cinayət Məhkəməsinin şahidlərə təzyiqlə əlaqədar olaraq baxdığı ilk iş olub.

Hazırda Bemba 2002-2003-cü illərdə qoşunlarının qonşu Mərkəzi Afrika Respublikasında törətdiyi geniş yayılmış qətl, zorlama və quldurluq kimi hallarla əlaqədar 18 aylıq həbs cəzasını çəkir.

O, cinsi zorakılıq cinayətinə görə qlobal müharibə cinayətləri məhkəməsi tərəfindən məhkum olunan ilk insan olmaqla yanaşı, əsgərlərinin etdiyi cinayətlərə görə də şəxsən məsuliyyətə cəlb olunan ilk adamdır.

XS
SM
MD
LG