Accessibility links

Konqres Obamanın 11 sentyabr qanununa qoyduğu vetonu rədd edib


ABŞ Senatı prezident Barak Obamanın 11 sentyabr qurbanlarının ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə imkan verən qanun layihəsinə qoyduğu vetonu rədd edib.

Senatda demokratların lideri Herri Rid prezidentə dəstək verən yeganə senator olub. Nümayəndələr Palatasının da eyni addım atılıb. Beləliklə bu, prezident Obamanın qoyduğu vetonun ilk dəfə olaraq rədd edildiyi deməkdir.

Senatda səsvermə
Senatda səsvermə

Bu qərar 2001-ci ildə sentyabrın 11-də terror hücumları zamanı həlak olanlarının ailələri üçün böyük qələbə hesab edilir. İndiyə kimi onların ABŞ məhkəmələrində ədalətin bərpası səyləri Səudiyyə Ərəbistanının hüquqi toxunulmazlığı ilə əlaqədar dalana dirənmişdi.

“Bu ailələr bir daha sevdikləri insanları geri qaytara bilməcəyək, lakin onlar məhkəmədə ədalətin bərpa olunmasına layiqdir”- demokrat senator Riçard Blumental

Terrorizmin Sponsorlarına qarşı Ədalət Aktı ABŞ torpağında terror hücumlarını sponsorlaşdıran xarici qurumların məhkəməyə verilməsinə imkan yaradır. Qanun layihəsində hansısa bir ölkənin adı qeyd edilməsə də, orada 11 sentyabr hücumlarının təşkilatçılarına hər hansı bir yardım göstərdiyinə görə Səudiyyə Ərəbistanının məsuliyyətə cəlb olunmasının nəzərdə tutulduğuna inanılır.

“Bu ailələr bir daha sevdikləri insanları geri qaytara bilməcəyək, lakin onlar məhkəmədə ədalətin bərpa olunmasına layiqdir”-deyə Konnektikut ştatından demokrat senator Riçard Blumental bildirib.

“Amerika bu terror qurbanlarının məhkəmələrdə cavab tapmasında maraqlıdır”-deyə Texas ştatından respublikaçı senator Con Kornin bəyan edib.

Obama administrasiyası qanunun əleyhinə lobbiçilik apararaq, bunun dünya miqyasında suveren immunitet anlayışına xələl gətirə biləcəyini və xarici ölkələrdə amerikalıları təhlükə altına qoya biləcəyini bildirib.

“Amerika bu terror qurbanlarının məhkəmələrdə cavab tapmasında maraqlıdır”-Texas senatoru Con Kornin

11 sentyabr terror hücumları zamanı təyyarə qaçıranların 19-dan 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub. Lakin Səudiyyə Ərəbistanı hücumlarda hər hansı rol oynadığını rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG