Accessibility links

ABŞ Konqresinin yeni üzvlərinin andiçmə mərasimi keçirilib. 113-cü Konqresin qarşısında ölkənin 16.4 trillion dollarlıq borcu və silahlara nəzarət, habelə mühacirət təklifləri kimi mühüm məsələlərin həlli durur.

Andiçmə mərasimi zamanı Amerikanın vitse-prezidenti Co Bayden yeni nümayəndələrə vətən və konstitusiyaya sadaqətlə bağlı suallar ünvanlayıb.

Hazırkı nümayəndələr isə işlərinin son günlərini vergi və məsrəflərlə bağlı razılığın əldə edilməsinə sərf edib.

ABŞ hökuməti gələn iki ay ərzində hesablarını ödəyəcəyini, lakin bundan sonra borcların limitinin artırılması məsələsinin gündəmə gətiriləcəyini bildirir. Əks təqdirdə ölkəni pulsuzluq gözləyir.

Demokrat prezident Barak Obama borcların artırılması məsələsinin müzakirəyə çıxarılmasının əleyhinədir. Lakin respublikaçı qanunvericilər borcların gündəmə gətirilməsi ilə yanaşı, hökumətin məsrəflərinin ixtisarını tələb edəcəklərini deyirlər.

Yanvarın 20-də inaqurasiyası keçiriləcək Obamanın partiyası Konqresdə üstünlük əldə edib. Senatda onlar 55, Nümayəndələr Palatasında isə 201 yer qazanıb.

Konqresə 12 yeni senator və 84 yeni nümayəndə seçilib. Demoqrafik baxımdan Konqres ağdərili, yaşlı və kişi üzvlərdən ibarətdir.
XS
SM
MD
LG