Accessibility links

Konqresdə Boris Nemtsovun xatirəsinin əbədiləşdirilməsinə dair qanun layihəsi təqdim edilib


ABŞ Konqresində respublikaçı və demokrat qanunvericilər Nümayəndələr Palatasına Vaşinqtonda Rusiya səfirliyi qarşısındakı meydana Boris Nemtsovun adının verilməsinə dair qanun layihəsi təqdim ediblər. Qanun layihəsi Konqres üzvləri İleana Ros-Lehtinen və Eliot Engel tərəfindən təqdim edilib.

Fevral ayının sonunda oxşar qanun layihəsi Senatda respublikaçı senator Marko Rubio və demokrat Kris Kuns tərəfindən təqdim edilmişdi.

ABŞ Konresinin üzvü İleana Ros Lehtinen

ABŞ Konresinin üzvü İleana Ros Lehtinen

"Boris Nemtsov həyatını demokratiya və ölkəsində ədalət uğrunda mübarizəyə həsr edib. Rusiyada rejim fərqli düşünənləri məhv etməyə çalışdığı bir vaxt biz açıq bildirməliyik ki, Konqres vəziyyətə nəzarət edir və biz belə praktikanın davam etdirimləsinə imkan verməyəcəyik"-deyə İleana Ros-Lehtinenin bəyanatında bildirilir.

ABŞ konqresmeni Eliot Engel

ABŞ konqresmeni Eliot Engel

"Mən əminəm ki, bir zaman Rusiyada Boris Nemtsovun qəhrəman xatirəsinə ehtiram göstərəcək bir hökumət olacaq. Amma bu hələ baş vermədən, biz Nemtsovu burada, paytaxtımızda yad edəcəyik"-deyə konqresmen Engel bildirib.

Boris Nemtsov adına meydanın yaradılması Putinə və Rusiya xalqına xatırlatma olacaq ki, azadlıq müdafiəçilərini susdurmaq mümkün deyil.

1984-cü ildə Vaşinqtonda SSRİ-nin səfirliyinin qarşısındakı meydana Konqresin təşəbbüsü ilə Andrey Saxarovun adı verilmişdir. Hazırda həmin binada Rusiya səfirinin iqamətgahı yerləşir.

ABŞ senatoru Marko Rubio

ABŞ senatoru Marko Rubio

"Boris Nemtsov adına meydanın yaradılması Putinə və Rusiya xalqına xatırlatma olacaq ki, azadlıq müdafiəçilərini susdurmaq mümkün deyil. İstər küçədə bir işarə olsun, istərsə də "Boris Nemtsov meydanı1" ünvanına gələn məktublar olsun, bu, Kremlə aydın siqnaldır ki, müxalifətçilərin qorxudulması və öldürülməsi diqqətsiz qalmır"-deyə senator Rubionun Boris Nemtsovun qətlinin ildönümü ilə bağlı açıqladığı bəyanatda deyilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG