Accessibility links

Konqresdə İranla nüvə razılığına dair dinləmələr davam edir


ABŞ qanunvericiləri İranla beynəlxalq nüvə razılaşmasını dəyərləndirmək məqsədilə yüksək səviyyəli rəsmilərə suallar verib onların ifadələrini dinləməyə davam edir.

ABŞ Dövlət katibi Con Kerri, Müdafiə naziri Eşton Karter, Energetika naziri Ernest Monitz və Birgə Qərargahlar rəisi general Martin Dempsi bu gün Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verir.

Con Kerri Senatın Xarici Əlaqələr Komitəsində dinləmə zamanı deyib ki, ABŞ-ın razılaşmanı rədd etməsi İranın nüvə proqramına nəzarət etmək üçün ən yaxşı imkanın əldən verilməsi və ölkənin nüvə silahı istehsalı qarşısında məhdudiyyətlərin götürülməsi demək olardı.

Xarici Əlaqələr Komitəsinin respublikaçı həmsədri, konqresmen Ed Roys və komitədə nüfuzlu demokrat konqresmen Elliot Engel razılıqlar bağlı şübhələrini ifadə ediblər.

İran və ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın əldə etdiyi razılığa əsasən, İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində BMT və Qərb ölkələri tərəfindən sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

ABŞ Konqresi İranla nüvə razılığını 60 gün ərzində nəzərdən keçirməlidir. BMT-nin Təhlükəsizlik Şurasının keçən həftə razılığın şərtlərini təsdiq etməsindən sonra bu ilin sonuna qədər sansksiyaların aradan qaldırılmasına başlamaq üçün müddət qoyulacaq.

XS
SM
MD
LG